"Qarabağ" 2021-ci ilin yayında Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb.

"Qarabağ"ın ispan futbolçusu Qaspar Panaderonun klubdakı gələcəyi sual altındadır. Matc.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin əvəzedici komandası ilə məşqlərini davam etdirir.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Panaderonun oyunundan razı deyil və onu gələcək planlarında düşünmür. "Köhlən atlar" ispan yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.
 
"Qarabağ" 2021-ci ilin yayında Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest