Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubu "Legiya"nı məhkəməyə verib. Matc.az xəbər verir ki, bu barədə "24sata.hr" saytı məlumat yayıb. Bildirilir ki, 24 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb. O, eyni zamanda klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.
 
"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest