Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa "Lex"indən Yakub Kaminskini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Polşalı futbolçu yayda "Volfsburq"a qoşulacaq.
 
Kaminski Polşa milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest