Almaniyanın "Bayern" klubu futbolçusu Kinqsli Komanla yeni müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, Münhen təmsilçisi fransalı vingerlə razılığa gəlib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
 
"Bayern" Komanla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq. Rəsmi açıqlama yaxın zamanda veriləcək.
 
Koman 2017-ci ildən "Bayern"də çıxış edir. O, bu mövsüm Bundesliqada 10 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest