"Emirhan Sports Complex Side"ın stadionunda keçiriləcək oyun "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb. Matc.az xəbər veirr ki, Macarıstanın "Kişvarda" klubu ilə yanvarın 14-ü baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 
"Emirhan Sports Complex Side"ın stadionunda keçiriləcək oyun "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, Manavqat bölgəsindəki "The Sense De Luxe" otelində məskunlaşan "Neftçi" qardaş ölkədə daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. "Neftçi"nin ikinci rəqibi yanvarın 19-da Polşanın "Visla" (Plotsk) klubu olacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest