İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın "Portu" klubunun yarımmüdafiəçisi Serjio Oliveyranı transfer edib.
 
Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. 29 yaşlı portuqaliyalı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. "Roma" yarım illik icarə üçün "Portu"ya 1 milyon avro ödəyəcək.
 
Oliveyra "Portu"nun yetirməsidir. O, bu komandanın heyətində 174 matça çıxıb, 39 qol vurub, 24 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi həm də Portuqaliya yığmasının üzvüdür. O, millinin heyətində 14 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest