"Keşlə" qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib. Matc.az xəbər verir ki, paytaxt klubu argentinalı mərkəz müdafiəçisi Franko Floresi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər yarım illik müqaviləyə imza atıblar. Belə ki, Flores cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.
 
Xatırladaq ki, Franko Floresin son klubu Hondurasın "Real CD Espana" komandası olub. 28 yaşlı futbolçu 2019/20 mövsümündə də "Keşlə"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest