Türkiyənin "Trabzonspor" komandasında iki futbolçu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
ölkə çempionatının 21-ci turu çərçivəsində baş tutacaq "Sivasspor"la səfər oyunundan öncə Trabzon təmsilçisinin bütün üzvlərindən COVİD-19 testi götürülüb. Testlərdən ikisinin pozitiv çıxdığı bildirilir. Onların hər ikisi futbolçudur. Adları açıqlanmayan oyunçular karantinə alınıblar və Sivasa aparılmayacaqlar.
 
"Sivasspor" – "Trabzonspor" oyunu yanvarın 15-də keçiriləcək. Trabzon təmsilçisi 20 oyuna topladığı 49 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest