16 Yanvar 2022, 01:10
DÖYÜŞ NÖVLƏRİ
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi yanvarın 10-da 2022-ci ilin ilk təlim-məşq toplanışına Gürcüstanda start verib. Matc.az xəbər verir ki, yığmamız Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıq keçir.
Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan toplanışın əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlıq prosesinə xalça üzərində Gürcüstan millisinin üzvləriylə keçirilən taktiki-texniki çalışmalar da daxildir.
Pəhləvanlarımız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yanvarın 25-dək qonşu ölkədə intensiv olaraq məşqləri davam etdirəcək.