Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən iki komanda - "Keşlə" ilə "Səbail" sabah yoxlama matçında üz-üzə gələcək. Matc.az xəbər verir ki, paytaxt təmsilçiləri Mərdəkandakı "Dalğa Arena"da qarşılaşacaqlar. Oyuna saat 16:00-da start veriləcək.
 
Elita təmsilçiləri yanvarın 24-də daha bir sınaq matçında qarşılaşmağı planlaşdırırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest