"Səbail" müdafiəçisi Turan Manafovu Yunanıstanın "Olimpiakos Volos" klubuna icarəyə verib. Matc.az xəbər verir ki, bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb.
 
Müdafiəçi 2021/22 mövsümünün sonunadək bu komandada icarə əsasında çıxış edəcək.
 
Qeyd edək ki, Manafov 2019-cu ldən "Səbail"in heyətində çıxış edir. O, bu gün klubla yeni müqavilə imzalamışdı. Yeni sözləşməyə əsasən 24 yaşlı cinah müdafiəçisi 2023-cü ilin yayına qədər "Səbail"ə məxsusdur.
 
"Olimpiakos Volos" Yunanıstanın 2-ci Liqasında mübarizə aparır. Bu komanda 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest