Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun 2022/23 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək. Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.
 
Sərdar Azmun bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 21 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest