Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Niderlandda təşkil olunmuş turnirdəki ikinci matçında İspaniya yığması ilə qarşılaşıb.

Joze Alesio da Silvanın çalışdırdığı kollektiv Aç-nin favoritlərindən sayılan bu rəqiblə oyunda sürprizə imza atmağa çalışıb. Komandamız hesabda iki dəfə önə keçdiyi oyundan 1 xalla ayrılıb.

Xatırladaq ki, yığmamız ilk matçında Gürcüstana 2:3 hesabıyla uduzmuşdu. Gürcülər bu gün qrupun digər matçında Bosniya və Herseqovinanı da 2:1 hesabıyla məğlub ediblər. Bu nəticələrdən sonra Azərbaycan millisinin qrupdan çıxmaq şansı demək olar ki, çox cüzidir.

Avropa çempionatı
26 yanvar

İspaniya – Azərbaycan 2:2
Qol: R.Qomes, 11:28. Losano, 30:01 – Losano, 9:16-öz qapısına. İ.Atayev, 16:38.
Hakimlər: Migel Kastilyo (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radoyçiç (Serbiya).
Timekeeper: Qriqori Oşomkov (Estoniya).
Qroningen, Martini Plaza.

İspaniya: 12. Didak Plana, 2. Ortiz (k), 6. Raul Qomes, 9. Losano, 13. Mellado, 1. Xesus Herrero, 3. Borxa, 4. Esteban, 5. Boyis, 7. Kamaço Peres, 10. Sesilio, 11. çino, 14. Raul Kampos.
Məşqçi: Fede Vidal.

Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 5. Fineo De Arauxo, 9. Rafael Vilela 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.

Xal durumu: Gürcüstan – 6, İspaniya – 4, Azərbaycan – 1, Bosniya və Herseqovina – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest