“Zirə” yeni futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, paytaxt klubu Brayan Alseusla 2 il yarımlıq müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest