"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi olan Marsel "Olimpik"i heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Fransa klubu Moskva "Spartak"ından Smauel Jiqonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Jiqo mövsümün sonuna qədər "Spartak"da icarədə çıxış edəcək. Fransalı futbolçu Marsel klubuna yayda qoşulacaq.
 
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"i ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest