PSJ Fransa kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı "Nitsa" ilə qarşılaşma öncəsi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos sözügedən matçı buraxacaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ramos komandanın son məşqində zədələnib. 35 yaşlı müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib. İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
 
Sabah keçiriləcək PSJ – "Nitsa" matçına saat 00:15-də start veriləcək.
 
2021-ci ilin yayında İspaniyanın "Real" klubundan transfer edilmiş Serxio Ramos zədə səbəbindən PSJ-də yalnız 5 oyuna çıxıb və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest