"Yuventus"un futbolçusu Məhəmməd İhatarren karyerasını Niderlandda davam etdirəcək. Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Ayaks"a keçib.
 
Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İhattaren mövsümün sonuna qədər icarə əsasında "Ayaks"da çıxış edəcək.
 
Niderlandlı futbolçu mövsümün ilk hissəsini "Sampdoriya"da icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest