Futbol üzrə Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, bürünc medallar uğrunda Burkina Faso və Kamerun yığmaları üz-üzə gəlib.

Futbol üzrə Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, bürünc medallar uğrunda Burkina Faso və Kamerun yığmaları üz-üzə gəlib.
 
İlk yarıda iki qol vuran Burkina Faso millisi 49-cu dəqiqədə hesabı darmadağın həddinə çatdırıb. Lakin qitə birinciliyinə ev sahibliyi edən Kamerun yığması ruhdan düşməyib və matçın sonlarında ardıcıl üç qol vurmaqla məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, görüşün əsas vaxtı bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kamerun yığması bürünc medalla sahib çıxıb.
 
Turnirin həlledici oyununda isə Seneqal və Misir yığmaları üz-üzə gələcək. Bu gün baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 
Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
5 fevral
 
Burkina Faso – Kamerun 3:3 (penaltilər 3:5) 
Qol: Yaqo, 24. Onana, 43-öz qapısına. Oattara, 49 – Bahoken, 71. Abubakar, 85; 87.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest