Futbol üzrə Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "İstra 1961" ilə qarşılaşıb. Zaqreblilər bu oyundan qələbə ilə ayrılıblar – 2:1.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. "Dinamo" ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Dinamo" hazırda 46 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest