Futbol üzrə Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Benfika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
 
"Tondela" 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest