İspaniyanın "Atletiko" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Daniel Vass sıradan çıxıb. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
La Liqanın 23-cü turunun "Barselona" ilə matçında (2:4) zədələnən danimarkalı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil.
 
Vass qış fasiləsində "Valensiya"dan "Atletiko"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest