Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Rayo Valyekano" doğma meydanda "Betis"lə üz-üzə gəlib. üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəf olub. Bu komandalar arasındakı cavab oyunu martın 4-də keçiriləcək.
 
Digər yarımfinal görüşündə "Atletik" və "Valensiya" komandaları üz-üzə gələcək. Bu komandaların ilk oyunu fevralın 10-da, cavab görüşü isə martın 3-də baş tutacaq.
 
İspaniya kuboku
Yarımfinalın ilk oyunları
9 fevral
 
Rayo Valyekano – Betis 1:2
Qol: A.Qarsiya 5 – B.İqlesias, 26. U.Karvalyo, 68.
 
10 fevral
 
00:30. Atletik - Valensiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest