"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"inə qarşı Fransada keçirəcəyi matç üçün bilet satışı davam edir

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"inə qarşı Fransada keçirəcəyi matç üçün bilet satışı davam edir. Matc.az xəbər verir ki, "Velodrom" stadionunda keçiriləcək qarşılaşma üçün nəzərdə tutulan biletlər artıq tükənmək üzrədir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
15 avroya satışa çıxarılan 5-ci kateqoriyanın biletləri tamamilə satılıb. Digər kateqoriyalarda da yerlər məhdud saydadır. Bu yerlər üçün bilet qiymətləri 20, 25, 29 və 39 avroyadır.
 
Fevralın 17-də baş tutacaq "Olimpik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı isə fevralın 24-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest