"Adidas" şirkəti "Vest Hem"in futbolçusu Kurt Zuma ilə əməkdaşlığa son verib. Matc.az xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Britaniya mətbuatına açıqlama verib.
 
Zuma pişiyinə qarşı fiziki şiddət tətbiq edib və görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Futbolçu buna görə ciddi qınağa məruz qalıb. "Vest Hem" ingilis müdafiəçini bu hərəkətinə görə böyük məbləğdə cərimələyib.
 
Zuma cari mövsümdə Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub. Onun bu klubla sözləşməsi 2025-ci ildə başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest