Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Samsunspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
 
"Bursaspor" 24 turdan sonra 24 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest