"Barselona"nın yeni transferi Adama Traore komandanın son məşqinə gəlməyib. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
 
İspan hücumçu mədəsindəki narahatlığa görə məşqə gəlməyib. Traorenin "Espanyol"la La Liqa matçında iştirakı sual altındadır.
 
Fevralın 13-də keçiriləcək "Espanyol" – "Barselona" matçı saat 00:00-da başlayacaq.
 
"Barselona" Traoreni qış fasiləsində İngiltərənin "Vulverhempton" klubundan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest