Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Marsel "Olimpik"i ilə qarşılaşacaq "Qarabağ" bu gün Fransaya yollanaca

Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Marsel "Olimpik"i ilə qarşılaşacaq "Qarabağ" bu gün Fransaya yollanacaq. Matc.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. 
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fevralın 16-da, yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Velodrom" stadionunda olacaq.
 
Fevralın 17-də keçiriləcək oyuna saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest