İngiltərənin "Nyukasl" klubunun yeni transferi Kiran Trippyerin ayağında qırıq aşkarlanıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cinah müdafiəçisinin ayağındakı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Trippyer İngiltərə Premyer Liqasının 25-ci turunun "Aston Villa" ilə matçında (1:0) zədələnərək, meydanı vaxtından əvvəl tərk etmişdi.
 
"Nyukasl" Trippyeri qış transfer dövründə Madrid "Atletiko"sundan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest