Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Balıkəsirspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.
 
"Keçiörengücü" 25 turdan sonra 31 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest