"Qarabağ" bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Fransada Marsel "Olimpik"i ilə üz-üzə gəlib.

"Velodrom" stadionunda keçirilən oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edib.

Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. "Qarabağ" çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.

Matça çox yaxşı başlayan Azərbaycan təmsilçisi bir neçə epizodda hesabı açmağa da çox yaxın olub. Amma bu, alınmayıb. Əvəzində meydan sahibləri ilk yarının sonlarında iki qol vurublar. Ağdam klubu bu qollardan birinin əvəzini çıxmağı bacarsa da, əlavə vaxtda daha bir top buraxıb. Nəticədə, Qurbanovun yetirmələri səfərdə məğlubiyyətə üzülüblər.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral

Olimpik (Marsel, Fransa) – Qarabağ 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2 – K.Borges, 85.
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, "Velodrom" stadionu.

Olimpik: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson, 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz ünder, 20. Konrad de la Fuente, 22. Pape Qeye, 29. Pol Lirola.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due çaleta-çar, 23. Sead Kolaşinaç, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani.
Baş məşqçi: Xorxe Sampaoli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest