"Onun indi debüt etmək şansı var. O, müəyyən sayda məşq edib. Düzdür, hələki, tam ideal vəziyyətdə deyil"

Bu gün Avropa Liqasının pley-off matçında "Sevilya" ilə qarşılaşacaq "Dinamo Zaqreb"in baş məşqçisi baş məşqçisi Jelko Kopiç oyunöncəsi mətbuat konfransında azərbaycanlı futbolçu Mahir Emrelinin debüt etmək ehtimalının olub-olmaması ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, o, komanda ilə İspaniyaya yollanan millimizin üzvünün oynamaq ehtimalının olduğunu deyib:
 
"Andriç "Qoritsa" ilə oyunun ilk hissəsində xoşagəlməz zərbə aldı, oyuna hazır olacağına inanıram. Bütün baş verən bu vəziyyətlərdən sonra Petkoviç sağalıb və komanda ilə tam məşqlərə qayıdıb. O, matç üçün hazırdır. Hücumla bağlı narahat deyilik. Emreli? Onun indi debüt etmək şansı var. O, müəyyən sayda məşq edib. Düzdür, hələki, tam ideal vəziyyətdə deyil. Amma bizim istədiyimiz kimi formada olmasa da, meydana çıxmaq ehtimalı var". 
 
Qeyd edək ki, "Sevilya" - "Dinamo Zaqreb" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest