Fransanın "Olimpik" (Marsel) komandası bu gün Fransada "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının ilk pley-off matçına iki itki ilə çıxacaq. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Valentin Ronjye və hücumçu Luis Enrike Azərbaycan təmsilçisinə qarşı oynamayacaq.
 
Ronjye cəza üzündən qarşılaşmanı buraxmalı olacaq. 27 yaşlı fransız futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Lomkomotiv"ini 1:0 hesabı ilə yendikləri matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Marseldəki görüşü buraxacaq Ronjye şans veriləcəyi təqdirdə, Bakıdakı cavab matçında forma geyinə bilər.
 
Luis Enrike isə zədəlidir. Braziliyadan olan 20 yaşlı forvardın sıraya dəqiq nə vaxt dönəcəyi isə bilinmir.
 
Bu gün "Velodrom" stadionunda keçiriləcək "Olimpik" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest