Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek Avropa Konfrans Liqasının "Olimpik" (Marsel) - "Qarabağ" matçı barədə (3:1) danışıb

Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek Avropa Konfrans Liqasının "Olimpik" (Marsel) - "Qarabağ" matçı barədə (3:1) danışıb. Matc.az xəbər verir ki, Domenek "LEquipe" nəşrinə açıqlamasında bunları deyib:
 
"Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik. Rəqib "Marsel"i meydanda "süpürdü". "Qarabağ"ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolda Arkadiuş Milik oyundankənar vəziyyətdə deyildi. Rəqibin də iki hücumunda ofsayd yox idi".
 
Domenek 2004-2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib.
 
"Qarabağ"la Marsel "Olimpik"i arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest