Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.
 
Püşk nəticəsində 8 cütlüyün tərkibi səpələnmişlər və səpələnməmişlər səbətlərindən seçilərək müəyyənləşdirilib.
 
Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" qrup qaliblərindən ibarət səpələnmişlər sırasındaydı. Bu səbəbdən, "sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək. Türkiyə nəhəngi İspaniya "Barselona"sına rəqib olub.
 
Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer almışdı. Eyni ölkənin komandaları bu mərhələdə də bir-birilərinə rəqib ola bilməyəcəklər.
 
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.
 
Avropa Liqası
1/8 final
 
Reyncers (Şotlandiya) - Srvena Zvezda (Serbiya)
Braqa (Portuqaliya) - Monako (Fransa)
Portu (Portuqaliya) - Olimpik (Lion, Fransa)
Atalanta (İtaliya) - Bayer (Almaniya)
Sevilya (İspaniya) - Vest Hem (İngiltərə)
Barselona (İspaniya) - Qalatasaray (Türkiyə)
Leypsiq (Almaniya) - Spartak (Moskva, Rusiya)
Betis (İspaniya) - Ayntraxt (Almaniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest