Ukraynanın "Dinamo" (Kiyev) klubunun baş məşqçisi Mirça Luçesku Kiyevi tərk edib. Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi rumıniyalı mütəxəssisin paytaxtdan ayrılmasını tövsiyə edib. Luçesku klub rəhbərliyi ilə görüşdən sonra şəxsi avtomobili ilə Kiyevi tərk edib.
 
76 yaşlı mütəxəssis daha əvvəl Kiyevdən getməyəcəyini açıqlamışdı.
 
Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə bu ölkənin futbol üzrə çempionatları dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest