Rusiyanın "Spartak" (Moskva) klubu "Leyptsiq"ə (Almaniya) qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər

Rusiyanın "Spartak" (Moskva) klubu "Leyptsiq"ə (Almaniya) qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər. Matc.az xəbər verir ki, Bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov bildirib.
 
Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə matç üçün prioritet məkan Bakıdır: "Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest