Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Sepahan"la qarşılaşıb. "Traktorçular" bu oyundan heç-heçə ilə ayrılıblar – 2:2. Komanda artıq 10 oyundur qələbəyə həsrətdir.
 
"Traktor" 20 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest