2020-ci ilin noyabrında "Neftçi"nin baş məşqçisi kimi debüt edən Abasovun yetirmələri Premyer Liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.

"Neftçi" baş məşqçisi Samir Abasovun rəhbərliyi altında 25-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın XVII turuna təsadüf edib. Bakı klubu səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Mütəxəssisin rəhbərliyi altında 48-ci matçına çıxan "ağ-qaralar" 25 dəfə qalib gəldiyi müddətdə 11 heç-heçə edib və 12 dəfə uduzub.

2020-ci ilin noyabrında "Neftçi"nin baş məşqçisi kimi debüt edən Abasovun yetirmələri Premyer Liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest