AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Gəncəyə səfəri zamanı şəhər stadionunda olub

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Gəncəyə səfəri zamanı şəhər stadionunda olub. Matc.az xəbər verir ki, federasiya rəsmisi "Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri ilə görüşüb.
 
Məmmədov arenada tikintisi davam edən futbol akademiyasında görülən işlərlə tanış olub. Stadiona baxış keçirilib. İlqar Nadiri arenanın mövcud vəziyyəti ilə bağlı Məmmədova məlumat verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest