Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçı "Bernli" ilə "Lester Siti" arasında baş tutub.
 
Qonaqlar bu görüşdə iki cavabsız qolla qələbə qazanıblar. Bu qələbə sayəsində "Lester Siti" 30 xalla 12-ci pilləyə yüksəlib. "Bernli" isə 21 xalla 18-cidir.
 
İngiltərə Premyer Liqası
22-ci turun oyunu
 
1 mart
 
Bernli – Lester Siti 0:2
Qol: Meddison, 82. Vardi, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest