Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
 
"Sivasspor" "Fatih Karagümrük"lə qarşılaşıb. Sivas təmsilçisi minimal hesabla qalib gələrək yarımfinala yüksəlib.
 
"Beşiktaş" isə bu mərhələdə "Kayserispor"la üz-üzə gəlib. İstanbul təmsilçisi yekunda məğlub olaraq kubokla vidalaşıb.
 
Türkiyə kuboku
1/4 final
 
1 mart
 
Trabzonspor – Antalyaspor 2:0
Qol: Vişça, 12. B.özdəmir, 89.
 
2 mart
 
Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Yatabare, 69.
 
Beşiktaş – Kayserispor 1:2
Qol: Rozye, 43 – Qavranoviç, 6. Kardozo, 65.
 
3 mart
 
21:30. Alanyaspor – Qaziantep

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest