"Qarabağ" klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Ağdam təmsilçisi Balayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
27 yaşlı qapıçı karyerasını Qazaxıstanın Premyer Liqa təmsilçisi "Turan"da davam etdirəcək. Balayev artıq bu gün Qazaxıstana yola düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest