Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və AFFA-nın təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "3x3 Qızlar turniri" keçirəcək. Matc.az xəbər verir ki, martın 6-da Azərbaycan Texniki Universitetinin İdman zalında təşkil olunacaq turnirdə 3 yaş qrupu üzrə komandalar mübarizə aparacaq.
 
2005-2007-ci təvüllüdlülər arasında 10 komanda 2 qrupda, 2008-2009-cu illərin yarışında 12 komanda 4 qrupda, 2010-2011-ci illərin mübarizəsində isə 8 komanda 2 qrupda yarışacaq.
 
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Manə Mollayeva, Firəngiz Teymurova və Günay İsmayılova turnirdə qonaq qismində iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest