Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kuban"la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
 
"SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşdə forma geyinib. Start heyətdə meydana çıxan futbolçu 70-ci dəqiqədə əvəzlənib.
 
"SKA-Xabarovsk" 26 turdan sonra 41 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest