Rusiya Futbol ittifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə RFS-in rəsmi saytı məlumat yayıb.
 
53 yaşlı mütəxəssis 2022-ci ilin sonunadək yığmanın sükanı arxasında qalacaq.
 
Təcrübəli mütəxəssis həmçinin "Rostov" klubunun baş məşqçisi təyin olunub. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qeyd edək ki, 2021-ci ilin iyulunda Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpin bu vəzifədə Stanislav çerçesovu əvəzləyib. Yığma onun rəhbərliyi altında Dç-2022-yə vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazansa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən FIFA və UEFA milli komandanı beynəlxalq turnirlərdən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest