11 Mart 2022, 10:25
AVROPA LİQASI
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Matc.az xəbər verir ki, bu ada Şotlandiya "Reyncers"indən Ceyms Tavernye, Fransa "Lion"unun qapıçısı Antoni Lopeş, İtaliya "Atalanta"sından Luis Muriel və İspaniya "Sevilya"sından Markos Akunya namizəddir.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına isə Fransa "Marsel"inin hücumçusu Arkadiuş Milik, Danimarka "Kopenhagen"indən Pep Bil, İtaliya "Roma"sının qapıçısı Rui Patrisiu və Niderland "Feyenoord"undan Luis Sinisterra namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.