İyunun 4-də Slovakiyanın Koşitse şəhərində start götürəcək mini futbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib.

İyunun 4-də Slovakiyanın Koşitse şəhərində start götürəcək mini futbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan millisi 4-cü səbətə düşüb. 
 
Həmin səbətdə Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa da yer alıb.
 
ümumilikdə komandalar hərəsində 6 yığma olmaqla 4 səbətə bölünüblər. Digər səbətlərin tərkibi belədir:
 
1-ci səbət
Slovakiya
çexiya
Rumıniya
Qazaxıstan
Macarıstan
Monteneqro
 
2-ci səbət
Serbiya
İngiltərə
İspaniya
Ukrayna
Bolqarıstan
İtaliya
 
3-cü səbət
İsrail
Türkiyə
Avstriya
Moldova
Belçika
Albaniya
 
Avropa çempionatı iyunun 11-dək davam edəcək.
 
Martın 14-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest