Ukraynanın "Viktoriya" klubunun futbolçusu Yuri Tsapi itkin düşüb. Matc.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 36 yaşlı futbolçu və ailəsi ilə əlaqə kəsilib.
 
Məlumatda bildirilir ki, futbolçu və ailəsi Rusiya qoşunlarının mühasirəyə aldığı Mariupolda yaşayırdı.
 
Tsapi Ukraynanın "Qornyak-Sport", "Poltava" və "Nikolayev" komandalarının da şərəfini qoruyub.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest