"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesin koronavirus testi müsbət çıxıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda iştirakı sual altındadır.
 
Bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik məlumat verib. "Mançester Yunayted"də bir neçə gün əvvəl qapıçı David De Xeanın da koronavirus testi müsbət çıxmışdı.
 
"Mançester Yunayted" - "Atletiko" matçı sabah keçiriləcək və saat 00.00-da başlayacaq. İlk oyunda 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest