"Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır"

"Qazanılan bir xal hər iki komandanı razı sala bilər". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
 
42 yaşlı mütəxəssis oyunun əhəmiyyətini dərk etdiklərini bildirib: "Bizi ağır mübarizə gözlədiyini bilirdik. Komandamın çıxışından razıyam. İstədiyimi meydanda gördüm. Futbolçularımız daim hücumda olmağa çalışırdı, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest